Sumqayıt şəhərində tanınmış iş adamı Mais İsmayıl oğlu Nəcəfov 68 yaşında dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat verilib.
Belə ki, iş adamı insultdan vəfat edib.
O, iş adamı kimi bir çox xeyriyyə işlərində iştirak edib.
1995-ci ildə Yeni Yaşma ərazisində yerləşən məscid onun təşəbbüsü ilə inşa olunub.
M.Nəcəfovun bu və digər sosial layihələrdəki fəaliyyəti şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib.