Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

"Bakı Qarabağda rusları silahsız müşahidə missiyası ilə əvəzləməlidir - Koffi

“Göründüyü kimi, Qərb hələ də Rusiyanı bölgədən sıxışdırmaq ümidini itirmir. Bu məqsədlə indi Rusiya sülhməramlılarının Qarabağdan geri çəkilməsinin zəruriliyi üzərində baş sındırırlar”.
RegionTV.info xəbər verir ki, bu fikirləri “Heritage Foundation”ın Beynəlxalq Siyasət Mərkəzinin direktoru Lyuk Koffi öz Facebook səhifəsində yazıb. Koffi eyni zamanda, rus sülhməramlılarının Avropa Birliyi müşahidəçilərinin silahsız bir missiyası ilə əvəz edilməsini təklif edib. Politoloq əlavə edib ki, “Bakının hərbi əməliyyatları dayandırmaq və beynəlxalq sərhədlərini bərpa etmək üçün Rusiyanın (hərbi) varlığını qəbul etməkdən başqa yolu yox idi. Ancaq bu, yalnız Moskvanın bölgədəki təsirini artırdı. Buna görə Azərbaycanın ilk beş illik səlahiyyət müddətinin 2025-ci ildə bitməsindən sonra Rusiya qoşunlarının silahsız mülki müşahidə missiyası ilə əvəzlənməsi üçün əlindən gələni etməlidir. Bu, asan olmayacaq”.
Eyni zamanda, Koffi bildirib ki, bir çox digər Qərb siyasətçiləri və mütəxəssisləri öz planlarını həyata keçirmək üçün ermənilərin nə ilə təhdid edildiyini heç də düşünmürlər.
Qərb siyasətçiləri son müharibə günlərində olduğu kimi praktik olaraq heç bir real addım atmadan Bakının hərəkətlərini “narahatlıqla” izləyəcəklər. Və Azərbaycanla enerji sektorundakı əməkdaşlıqlarını sakitcə davam etdirəcəklər. “Ancaq hazırkı erməni siyasi elitasında, qərbyönümlü siyasət yürüdənlərin sərgilədiyi mövqe ciddi narahatlıq doğurur. Onların tam əksəriyyəti antierməni planlarında iştirak etməyə hazır olan insanlardır”, – deyə Koffi fikrini yekunlaşdırıb.

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də