Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Türk mədəni-ictimai birliyinin yorulmaz carçısı

 

Azərbaycan Yazıçılar Birliyi və Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Ulu çinar” jurnalının son nömrəsi 60 yaşı tamam olan filosof alim, Milli Məclisin deputatı, “Şöhrət” ordenli Cavanşir Feyziyevə həsr edilib. Birliyin Natəvan klubunda bununla bağlı təqdimat mərasimi keçirilib.

Görüşü AYB-nin sədr müavini Rəşad Məcid açaraq, yubilyarın türk birliyi ide­yasının yorulmaz təbliğatçısı olduğunu bildirdi. 

AYB sədri, Xalq yazıçısı Anar Cavan­şir Feyziyevi yubileyi münasibətilə təbrik etdi, onun Azərbaycan–Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə yeni yaranan işçi qrupunun rəhbə­ri seçildiyini və bundan sonra türk birliyi naminə daha fəal çalışacağına inamını ifadə etdi. Anar, həmçinin Cavanşir Fey­ziyevi AYB-nin Fəxri diplomu ilə təltif etdi. 

Sonra məclisin aparıcısı, fondun yaradıcısı və “Ulu çinar” jurnalının baş redaktoru Elxan Zal Qaraxanlı qələm dostunun ictimai və elm xadimi kimi mədəniyyətimizin inkişafına göstərdiyi xidmətləri yada salaraq bildirdi ki, AYB rəhbərliyinin təklifi ilə Cavanşir Feyzi­yev Mahmud Kaşqari adına Beynəlxalq Fonda prezident təyin olunub və özünün indiyədək daşıdığı bu vəzifədə son mis­siya olaraq, Fondun “Mahmud Kaşqari” medalını yubliyara təqdim etdi. 

Milli Məclisin deputatları Səməd se­yidov, Hikmət Babaoğlu və Etibar Əliyev, Şimali Kipr Türk Respublikasının Azər­baycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Asif Məhərrəmov adına Milli Qəhrəmanlar İnkişaf Fondunun səd­ri Ədalət Məhərrəmov öz çıxışlarında yu­bilyarın fəaliyyəti və yaradıcılığını yüksək dəyərləndirdilər və ona ən xoş arzularını çatdırdılar.

Daha sonra “Ulu çınar” jurnalının yu­biley sayında Cavanşir Feyziyev haqqın­da yazıları dərc olunan tanınmış qələm sahibləri və alimlər – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı, filolo­goya elmləri doktoru Mərziyyə Nəcəfova, kulturoloq alim Rahid Ulusel, tanınmış tənqidçi Əsəd Cahangir, jurnalist Aida Eyvazlı, şair Əkbər Qoşalı və başqala­rı ürək sözlərini söylədilər, onun ictimai xadim, filosof, yazıçı, tərcüməçi, yüksək amallı ideya daşıyıcısı kimi yaradıcı mə­ziyyətlərindən danışdılar. Qeyd olundu ki, Cavanşir Feyziyevin beşçildlik “Türk dün­yası” toplusu, bir neçə dildə çap edilmiş “Türk dövlətləri birliyi”, “Sülh fəlsəfəsi”, digər monoqrafiya və kitabları yetərincə sanballı nəşrlərdir. Natiqlər jurnalın təq­dim olunan sayını Cavanşir Feyziyevin yubileyinə layiqli töhfə kimi yüksək dəyər­ləndirdilər.

C.Feyziyev mərasimin sonunda fəa­liyyətinə və yaradıcılığına verilən qiymətə görə hər kəsə dərin minnətdarlığını bildir­di və bundan sonra da Vətən elm və mə­dəniyyətimizin tərəqqisi naminə əlindən gələni edəcəyini vurğuladı.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də