Rəsmi İrəvan Ermənistan cəmiyyətinə müəmmalı “gizli anlaşmalar” barədə mesajlar ötürür, ancaq erməni toplumunda bu barədə daha inandırıcı təsəvvürlər yaratmaqda çətinlik çəkir... Paşinyan hakimiyyəti indi Ermənistanı özündən əvvəl ABŞ və Qərbin daha genişmiqyaslı dəstək verdiyi ölkələrin faciəvi taleyini təkrarlamaq təhlükəsinə daha çox yaxınlaşdırıb...
Brüssel ortaq konfransı artıq arxada qalsa da, onun nəticələri ilə bağlı müzakirə və mübahisələr hələ də davam edir. Xüsusilə də, ABŞ, Avropa Birliyi və Ermənistan arasında bağlı qapılar arzasında hansısa gizli anlaşmaların olub-olmadığı barədə cavabsız suallar mövcuddur. Üstəlik, bu cavabsız suallar daha çox Ermənistan cəmiyyətində müzakirə edilməkdədir. Və erməni toplumu Brüssel ortaq konfransının rəsmi nəticələri ilə bağlı isterik əhval-ruhiyyə içərisindədir.
Onu da qeyd etmək lazımdır ki, panik durum yalnız erməni toplumunda deyil, elə Paşinyan hakimiyyətinin daxilində də hökm sürür. Çünki baş nazir Nikol Paşinyanın siyasi komandasının əksər üzvləri ortaq konfransın Ermənistan üçün təhlükəli nəticələr doğura biləcəyi qənaətindədirlər. Hətta bəziləri hesab edirlər ki, Brüsselə böyük vədlərlə gedən baş nazir Nikol Paşinyan İrəvana demək olar, əliboş qayıtmalı olub. Və bu səbəbdən də, onlar baş nazir Nikol Paşinyanın hakim komandaya Brüssel konfransından Ermıənistanın ümid bəsləyə biləcəyi daha gizli anlaşmalar barədə məlumat verməsini vacib hesab edirlər.
Ancaq hələlik erməni baş nazir öz siyasi komandasının ciddi narahatlığına əhəminyyət verməyə rhtiyac duymur. Baş nazir Nikol Paşinyan başqaları ilə ilə “arxayın olun” mesajı göndərməklə kifayətlənib, özü isə ailəsinin istirahət planlarına qatılmağa üstünlük verib. Bu barədə müəyyən məlumatlar əldə edən "Hraparak" nəşri iddia edib ki, baş nazir Nikol Paşinyan Brüssel ortaq konfransında Ermənistanın gələcək taleyini təyin edəcək “gizli müqavilələr” imzalandığına dair xəbər göndərib.
Maraqlıdır ki, "Hraparak" erməni baş nazirin öz yaxın ətrafına Ermənistana dörd il ərzində 330 milyonluq ümumi dəstəyin “aysberqin görünən tərəfi” olduğunu bildirdiyini vurğulayıb. Erməni baş nazir mesajında Cənubi Qafqaz və Ermənistanla bağlı “dərin proseslər”in getdiyinə, xüsusilə də, müdafiə sahəsinə investisiyaların qoyulması və ciddi dəstəyin verilməsi üzrə razılaşmaların əldə edildiyinə yönəlik eyhamlar vurub. Sonda isə bu razılaşmaların ilkin şərtlərsiz olmayacağını da qeyd etməyi unutmayıb. Və bununla da öz siyasi komandasını daha amansız mübarizəyə hazır olmağa çağırıb.
Əslində, bu, Paşinyan hakimiyyətinin narahatlıq içərisində olan və isterik əhval-ruhiyyəyə qapılmış komandası üçün qətiyyən yenilik deyil. Çünki Brüssel ortaq konfransından dərhal sonra məyusluq keçirən hakim komandaya bənzər məzmunlu təskinlik elə xarici işlər naziri Ararat Mirzoyan tərəfindən də verilmişdi. Erməni nazir hətta Ermənistanı “parlaq gələcək” gəzlədiyinə də inandırmağa çalışmışdı. Və bu səbəbdən də, hakim komandanın üzvləri böyük səbrsizliklə, məhz baş nazirin İrəvana dönüşünü gözləyirdilər.