Türkiyədə baş vermiş qətlin tükürpədici detalları üzə çıxıb.
Mersində ana və oğlunun evdə, atanın isə avtomobildə yanmış vəziyyətdə meyiti tapılıb.
Ana Nurgülün və oğlu Emrullah Kayanın qismən yanaraq öldüyü müəyyən edilib.
Ata Neşet Kayanın tamamilə yanmış cəsədi evdən 4 kilometr aralıda avtomobildə tapılıb.
Hadisənin eyni məhəllədən olan H.E. adlı şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Həbs edildikdən sonra Mersin E Tipi Qapalı Həbsxanasına göndərilən qətl şübhəlisi H.E.-nin dünən gecə qaldığı təkadamlıq kamerada intihar edib.