Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Nobel mükafatı laureatı vəfat edib

Nobel mükafatı laureatı vəfat edib

İngilis nəzəriyyə fiziki, Nobel mükafatı laureatı və Edinburq Universitetinin professoru Peter Hiqqs ömrünün 95-ci ilində vəfat edib. Professor Hiqqs qısa sürən xəstəlikdən sonra öz evində keçinib.

Onun ölümü barədə Edinburq Universitetinin mətbuat xidməti məlumat yayıb.

 “Peter Hiqqs, həyata baxış bucağı və təxəyyülü ətrafımızdakı aləm haqqında biliklərimizi zənginləşdirən görkəmli şəxsiyyət, həqiqətən istedadlı alim idi. Onun yenilikçi fəaliyyəti minlərlə alimə ilham verib və mirası gələcək nəsilləri daha çox ruhlandırmağa davam edəcək”, - deyə universitetin direktoru və vitse-kansleri ser Piter Metison qeyd edib.

 

Peter Hiqqs 1960-cı illərdə elementar hissəciklərin kütləsinin və xüsusən vektorlu V - və Z-bozonlarının kütlələrinin mənşəyini izah edən “Hiqqs metodu”nun kəşfi ilə məşhurlaşıb. Professor Hiqqsin metodu onun adını daşıyan yeni hissəciyin - Hiqqs bozonunun mövcudluğunu təsdiqləyib.

 

Bozonun mövcudluğu yalnız 2012-ci ildə Böyük hadron kollayderində aparılan araşdırmalar sayəsində təsdiqlənib. Elə həmin il Edinburq Universitetində professorun şərəfinə Hiqqs Nəzəri Fizika Mərkəzi yaradılıb.

 

2013-cü ildə Hiqqs bu gərgin əməyinə görə Nobel mükafatı alıb. Alim P.Hiqqs bu ali mükafatı araşdırması bozonun kəşfini sübuta yetirən digər nəzəriyyə fiziki Fransua Enqlertlə paylaşıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də