
İran tərəfi aprelin 5-də Brüsseldə keçirilən Avropa İttifaqı-ABŞ-Ermənistan üçtərəfli görüşünə münasibət bildirib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani danışıb.
O bildirib ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir.
Sözçü qeyd edib ki, sülh və sabitliyin bərqərar olması üçün regional əməkdaşlıq vacibdir.
"Bu baxımdan regional formatların imkanlarından, o cümlədən "3+3" formatından istifadə etmək əhəmiyyətlidir. Bu xüsusda sülh və sabitliyi möhkəmləndirmək və qarşılıqlı fayda əsasında əməkdaşlığı gücləndirmək lazımdır”, - sözçü vurğulayıb.