
Bakıda texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində qalan yük maşını ərazidən götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Yolda nəqliyyatın hərəkətinə yaranmış məhdudiyyət aradan qaldırılıb.