Almaniya kansleri Olaf Şolts "TikTok" platformasında səhifə açıb.
Bu səhifəni hökumətin mətbuat xidməti idarə edəcək.
Kanal istifadəçilərə Nazirlər Kabinetinin və onun rəhbərinin cari fəaliyyəti ilə tanış olmaq, həmçinin irad, sual və təkliflərini bildirmək imkanı verəcək.
İlk paylaşım 13 saniyəlik videodan ibarətdir ki, sonunda Şoltsu federal kanslerin ofisində öz masasında görmək mümkündür.
Yeni səhifəsinin açılmasını şərh edən kansler deyib: "Mən rəqs etməyəcəyəm. Söz verirəm".