Gürcüstanın paytaxtı Tiflisdə xərçəng xəstələri tərəfindən aksiya keçirilib.
Onlar xərçəng xəstələrinin müalicəsi üçün 25 min lari məbləğində dövlət limitinin ləğvi tələbi ilə daimi etirazların başladığını elan ediblər.
Etirazçılar bildirirlər ki, Səhiyyə Nazirliyinin son qərarı problemi həll etməyib. Söhbət güzəştli dərmanların limitdən çıxarılmasından gedir - 25 min yalnız tibbi xidmətə xərclənəcək. Dərmanlar isə ümumi səhiyyə proqramının bir hissəsi kimi maliyyələşdiriləcək.
Etirazçılar imtiyazlı siyahıya cəmi 13 dərmanın daxil olduğunu deyiblər.