
Goranboyda qadın qətlə yetirilib. "Report"un məlumatına görə, Goranboy Polis Şöbəsinə rayonun Safıkürd kənd sakini, 1975-ci il təvəllüdlü Alidə Kazımovanın öldürülməsi ilə bağlı məlumat daxil olub. Cinayəti törətməkdə A.Kazımovanın oğlu, 2005-ci il təvəllüdlü Şahin Əmrahov şübhəli bilinir. O, polisə könüllü təslim olub. Faktla bağlı araşdırma aparılır.