Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Evində 159 pişik və 7 it saxlayan cütlüyə şərti cəza kəsilib

Evində 159 pişik və 7 it saxlayan cütlüyə şərti cəza kəsilib

Fransanın Nitsa şəhərində bir cütlük onlarla heyvanı pis şəraitdə saxladıqları üçün bir il şərti həbs cəzasına məhkum edilib.

Cütlük 80 kvadratmetrlik mənzillərində ümumilikdə 159 pişik və 7 it saxlayıblar.

 Hakim cütlüyün heyvanlara lazımi qayğı göstərmədiyinə qərar verib. Məhkəmə 68 yaşlı qadın və 52 yaşlı kişiyə 1 il şərti həbs cəzası verib, həmçinin onlara ömürlük heyvan sahibliyi qadağan edib.

Qərara əsasən, cütlük həmçinin heyvan hüquqları təşkilatlarına və müxtəlif qeyri-hökumət təşkilatlarına 150 min avrodan çox pul bağışlamağa borcludur. Ər-arvad məhkəməyə verdikləri ifadədə heyvanların onların həyat eşqi olduğunu deyib və heyvanları yaşada bilmədiklərinə görə üzr istəyiblər.

 

Keçən il polis cütlüyün evində olanda heyvanların çirkab içində yaşadıqlarını, bir çoxunun susuz, qidasız və parazitlərlə dolu olduğunu görüblər. Dava edən cütlüyün səslərindən narahat olan sakinlərin xəbər verməsindən sonra polis gəlib.

 

Polisin verdiyi məlumata görə, evdə saxlanılan bəzi heyvanlar həyat şəraitinin pis olması səbəbindən tələf olublar. Müstəntiqlər vanna otağında ən azı iki pişik və iki itin cəsədi tapıblar.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də