
Ukrayna bu il 2 milyondan çox dron istehsal etməyi planlaşdırır.
Bunu Ukraynanın strateji sənayelər nazirinin müavini Anna Qvozdyar Yaponiya telekanalına NHK-ya müsahibəsində qeyd edib.
Nazir müavini deyib ki, söhbət müxtəlif tipli dronlardan gedir.
Onun sözlərinə görə, ölkədə süni intellekt texnologiyalarından istifadə etməklə yeni tipli PUA-lar fəal şəkildə inkişaf etdirilir ki, bu da belə dronlara müstəqil şəkildə marşrutlar tərtib etməyə və hədəflərə çatmağa imkan verəcək.