Şokolad bahalaşmaqda davam edəcək.
Mmütəxəssislərin fikrincə, hər şey iqlim dəyişikliyi ilə bağlıdır.
Müxtəlif ölkələrin qənnadı şirkətləri kakao paxlasının bazar qiymətinin artması ilə əlaqədar şokoladın qiymətini artırmalı olacaqlar. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, Almaniyaya idxal edilən kakao paxlasının topdansatış qiymətləri 2024-cü ilin fevral ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə iki dəfə artıb. Qurum bahalaşmanı “hava şəraiti, eləcə də artan tələbat nəticəsində yaranan məhsul qıtlığı” ilə izah edir.