
Ermənistanda keçmiş müdafiə naziri Arşak Karapetyan yeni partiya yaradıb.
Sabiq nazirin siyasi təşkilatı Ümumerməni Cəbhəsi Partiyası adlanır. Artıq partiyanın təsis qurultayı da keçirilib.
A.Karapetyan 2016-cı ilin aprel döyüşlərində yol verdiyi nöqsanlara görə, o vaxtkı prezident Serj Sarkisyanın əmri ilə silahlı qüvvələrin kəşfiyyat rəisi vəzifəsindən azad edilib.
2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra o, 3 baş nazir Paşinyanın müşaviri işləyib. 20121-ci ildə müdafiə naziri vəzifəsinə təyin edilib.
2022-ci ildə isə nazir vəzifəsindən azad olunub.