
Bakı şəhərinin Binəqədi rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus teplovozun mühərrik hissəsində elektrik naqilləri 1 p.m yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
"Teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", -deyə qeyd olunub.