Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri özəlləşdirilməsi qadağan edilən dövlət əmlakının sırasından çıxarılır.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, qanunun 6.2.1-ci maddəsindən (özəlləşdirilməsi qadağan olunan əmlak) “geostasionar orbitlərdəki peyk rabitəsi vasitələri” sözləri çıxarılır.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.