Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ

Ərdoğan Azərbaycanla bağlı sazişi TƏSDİQLƏDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan, Türkiyə və Türkmənistan arasında ticari-iqtisadi əməkdaşlıq haqqında” hökumətlərarası sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.

 fərmanın mətni “Resmi gazete” qəzetində dərc olunub.

 Sənədə əsasən, üç ölkə bir sıra sahələrdə uzunmüddətli əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər: mal və xidmət ticarəti, enerji, kənd təsərrüfatı, qida və heyvandarlıq, tikinti sektoru, o cümlədən maşın, avadanlıq və materialların istehsalı, maşınqayırma və avtomobil istehsalı, kimya və tekstil sənayesi, nəqliyyat və logistika, maliyyə sektoru və investisiya.

 Bundan əlavə, saziş Azərbaycan, Türkiyə və Türkmənistan arasında tibbi xidmətlər və texnologiyalar, əczaçılıq sənayesi, turizm, kiçik və orta biznesin inkişafı, kompüter, informasiya və kommunikasiya texnologiyaları, kosmik sektor və aerokosmik sənaye, eləcə də poçt xidmətləri sahəsində uzunmüddətli əməkdaşlığın inkişafını nəzərdə tutur.

 Qeyd edək ki, 2022-ci ilin dekabrında Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Türkiyə prezidentləri - Serdar Berdiməhəmmədov, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın birinci zirvə görüşü çərçivəsində "Azərbaycan, Türkiyə və Türkmənistan hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında" saziş imzalanıb.

 

Sammit zamanı Prezidentlər iqtisadi sahədə üçtərəfli tərəfdaşlığın gələcək inkişafı məsələlərini müzakirə ediblər. Danışıqlar nəticəsində Aşqabad, Bakı və Ankara arasında əməkdaşlığa dair 5 üçtərəfli sənəd imzalanıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də