
Ağsuda xeyli silah-sursat aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundanverilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd qumbara, 346 ədəd patron, 2 ədəd avtomat darağı və 1 ədəd yivli “TOZ-8” markalı tüfəng aşkar olunub.
Profilaktik tədbirlər zamanı isə vətəndaşlar müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.