Ermənistan parlamentinin sədri Alen Simonyan Teleqram kanalında Qazaxın işğal altındakı kəndlərindən yazıb:
Simonyan Ermənistanın Tavuş rayonunun heç bir kəndinin Azərbaycana verilməsindən söhbət getmədiyini vurğulayıb.
O, təhvil verməyə hazırlaşdıqları ərazilərin əvvəllər Azərbaycana məxsus olduğunu qeyd edib:
Alen Simonyan jurnalistləri, müxalif siyasətçiləri və qızışdırıcılıq edən digər şəxsləri məsuliyyətli olmağa çağırıb:
“Nə ərazi, nə qəsəbə, nə kənd, nə Ermənistan Respublikasının bir metri təhvil verilir, nə də belə müzakirə aparılır!
Gedib sərhəd kəndlərinə girmək və reallığı manipulyasiya edərək ehtirasları qızışdırmaq, insanların duyğuları ilə oynamaq ən son keyfiyyətlərin əyani sübutudur.
Belə şeylər heç kimə siyasi divident gətirə bilməz”.
Alen Simonyan Ermənistan xəritəsinin şəklini də yayıb.
“Ermənistan Respublikasının aydın xəritəsi var. O xəritə ilə biz müstəqil olduq və bu, müzakirə mövzusu deyil”.