Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İsrail İrandan hücum gözləyir - Səfirliklər bağlandı

İsrail İrandan hücum gözləyir - Səfirliklər bağlandı

İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.

 Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunub ki, SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.

 İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasında bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib. 

 İranın Ali Dini Lideri və Prezidenti qisas alınacağını bildirib. İran prezidenti İbrahim Rəisi İsrailin bazar ertəsi İranın Suriyadakı konsulluq binasına hücumuna toxunaraq deyib ki, bu hadisə cavabsız qalmayacaq. Bir sıra İran rəsmiləri İsrailin dünyanın digər ölkələrindəki səfirliklərinə oxşar hücumlar təşkil etməyə çağırıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də