Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Qərbdən gələn iki zəng: Regionda Azərbaycansız heç bir məsələ həll edilə bilməz

Qərbdən gələn iki zəng: Regionda Azərbaycansız heç bir məsələ həll edilə bilməz

Bu gün Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək. Görüşdə Ermənistanın iqtisadi inkişafı ilə bağlı məsələlərin müzakirə ediləcəyi açıqlansa da, müxtəlif mənbələrdə hərbi məsələlərin də gündəmdə olacağı barədə xəbərlər yayılıb.

 Görüşdən əvvəl Blinken və Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

 Prezident İlham Əliyev qeyd edib ki, onda olan məlumata görə üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub. Blinken 5 aprel görüşünün Azərbaycana qarşı olmadığını vurğulayıb.

 İlham Əliyevin qənaətinə görə aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına gətirib çıxaracaq.

 Lyayenlə telefon danışığında da Brüsseldə keçiriləcək üçtərəfli görüş məsələsi qaldırılıb. Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinken ilə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə edib və regional inklüzivliyin vacibliyini bildirib.

 Məsələ ilə bağlı danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, sözügedən zənglər regionda Azərbaycansız heç bir problemin həllinin mümkün olmadığını bir daha sübut edir:


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də