Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Konqo Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də rəsmi qarşılanma mərasimi olub.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Konqo Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonu qarşıladı.

 Fəxri qarovul dəstəsinin rəisi Konqo Prezidentinə raport verdi.

 Prezident Deni Sassu-Nqesso Azərbaycan əsgərlərini salamladı.

 Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

 Konqo Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

 Azərbaycan nümayəndə heyəti Konqo Prezidentinə, Konqo nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun qarşısından keçdi.

 

Dövlət başçıları rəsmi foto çəkdirdilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də