Yaponiyanın Miyazaki əyalətində futbol oynayan tələbələri ildırım vurması nəticəsində 2-si ağır olmaqla 18 yaralı xəstəxanaya çatdırılıb.
Bu barədə "NHK news" məlumat yayıb.
Qeyd edilib ki, bununla yanaşı sərnişin təyyarəsi də ildırım vurması səbəbilə Kansai hava limanına məcburi eniş edib.
Belə ki, Yaponiya Nəqliyyat Nazirliyindən verilən açıqlamada, saat 14:37-də Miyazaki hava limanından qalxan və Haneda hava limanına hərəkət edən "Japan Airlines" şirkətinə aid 122 sərnişin və ekipajı olan təyyarəni iki dəfə ildırım vurub.
Təyyarə ehtiyat tədbiri olaraq saat 15:42-də Kansai hava limanına məcburi eniş edib. Sərnişinlərdən və ekipajdan xəsarət alan olmayıb.