Dünyada qızılın qiymətləri bir unsiya üçün 2 315 dollara qədər artaraq tarixi maksimuma çatıb. Oxu24.com-un məlumatına görə, bu barədə “Financial Times” yazıb. Təhlükəsiz aktiv hesab edilən qızıl fevralın ortalarından bəri 15% bahalaşıb. Kotirovkaların artımı həmçinin Yaxın Şərqdə münaqişənin genişlənməsi qorxusundan qaynaqlanır. Pik nöqtəsinə çatdıqdan sonra qızıl cüzi korrektə edərək, əvvəlki bağlanışdan 0,25% artaraq bir unsiya üçün 2,324 dollara satılıb.
Xəbəri paylaş