Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər.
Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir.
Bunu rusiyalı Regina Qriqoryeva bildirib.
Pediatrın sözlərinə görə, uşaqlarda bədən istiliyini azaltmaq üçün yeganə təhlükəsiz dərmanlar uşağın çəkisinə uyğun olaraq hesablanmış dozada parasetamol və ibuprofendir.