İsraillilər polisin dəstəyi ilə Yerusəlimdəki “İnək bağı” erməni məhəlləsinin ərazisinə daxil olublar.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Erməni icmasının nümayəndəsi Sedrak Balyan iddia edir ki, polis “məhkəmə qərarı olmadan və xəbərdarlıq etmədən əraziyə” daxil olaraq quraşdırılmış hasarları söküb.
Balyan sosial şəbəkələrdə Qüdsdəki erməni icmasının üzvləri, o cümlədən keşişlər ilə onların ərazisinə daxil olan israillilər arasında toqquşmaların görüntülərini də yerləşdirib.