
Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal olunan "Bayraktar TB3" zərbə tipli pilotsuz uçuş aparatının (PUA) ikinci prototipi sınaqdan keçirilib.
Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Prototip 4-cü sınağını uğurla başa vurub. PUA bu dəfə yüksək hündürlük sisteminin müəyyənləşdirilməsi və performans testini uğurla tamamlayıb.
PUA-nın sınaq uçuşu Tekirdağda baş tutub.