Gürcüstan prezidenti Salome Zurabişvilinin saat 17:00-a təcili brifinqi planlaşdırılıb.
Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Salome Zurabişvilinin hakim partiyanın “xarici agentlər” haqqında qanunun qəbuluna yenidən başlamaq qərarına münasibət bildirəcəyi gözlənilir.
Ötən ilin yazında Zurabişvili Tiflisdə xarici təsirin şəffaflığı haqqında qanuna qarşı etirazları açıq şəkildə dəstəkləmişdi.