
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mart ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.
DİM-dən bildirilib ki, mart ayında keçirilmiş imtahanlarda 152 min 827 nəfər iştirak edib. Mərkəzin elektron xidmətlərindən istifadə sayı 2 milyon 92 min 735 olub. Mart ayı ərzində 4335 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 184 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 13934, elektron poçt vasitəsilə 2000-ə yaxın, sosial şəbəkələr vasitəsilə 2500-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 7606 olub. Abituriyent məsləhət mərkəzlərinə 6315 müraciət daxil olub.