
Sosial şəbəkələrdə canlı yayımla uşağa tütün məmulatları çəkdirilməsini əks etdirən görüntülər polis tərəfindən araşdırılıb.
DİN-in Mətbuat Xidmətinin baş inspektoru Elbrus İbrahimov bildirib ki, tədbirlərlə 1 yaşlı övladını hüquqazidd hərəkətə məruz qoyan 1993-cü il təvəllüdlü Məhəmməd Nəbili müəyyən olunaraq saxlanılıb.
O, bu hərəkətinin məqsədini sosial şəbəkələrdə auditoriya toplamaq olması ilə izah edib.
Onun barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.