Astara rayonunda gənc ailənin 3 üzvünün yanaraq öldüyü yol qəzasının görüntüləri yayılıb.
Məlumata görə, qəzaya düşən “BMW” markalı avtomobilin 31 yaşlı sürücüsü Mirzəmməd Əliyev, həyat yoldaşı, 22 yaşlı
Fərqanə Əliyeva və cütlüyün 3 yaşlı qızı Gülxanım Əliyeva yol qəzası nəticəsində avtomobilin içərisində yanaraq ölüblər.
Xatırladaq ki, aprelin 1-də Ələt-Astara-İran sərhəd avtomobil yolunun 201-ci kilometrliyində 31 yaşlı sürücüsü Mirzəmməd Əliyev idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olarkən Rusiyaya məxsus TIR-a çırpılıb. Nəticədə BMW markalı avtomobil alovlanıb və maşında çıxılmaz vəziyyətdə qalan 3 nəfər yanaraq ölüblər.
Hadisə zamanı ətrafdakı şəxslər müxtəlif vasitələrlə yaralıları maşından çıxarmaq və yanğını söndürmək istəsələr də, mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Hadisənin videogörüntülərini təqdim edirik: