Ukraynada vəfat edən azərbaycanlı jurnalist İdrak Camalbəyli dəfn olunub.
RegionTV “Report”-a istinadən məlumatına görə, dəfndə mərhumun ailə üzvləri, yaxınları və Ukraynanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak edib.
Mərhum jurnalist Masazır kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, İ.Camalbəyli martın 29-da uzun müddətdir yaşadığı Ukraynanın paytaxtı Kiyev şəhərində ürəktutmasından vəfat edib.