Son günlər Ermənistanın Azərbaycana qarşı artan təxribatları və hərbi cəmləşməsi regionda gərginliyi artırır və sülhü təhdid edir. Ermənistanın aqressiv ritorikası və hərbi hazırlıqları regionda qeyri-sabitliyi artırmaq və Azərbaycanı təhrik etmək üçün nəzərdə tutulub. Lakin Azərbaycanın qətiyyətli mövqeyi və beynəlxalq ictimaiyyətin dəstəyi Ermənistanın bu təhlükəli oyununun qarşısını alacaq.
Ermənistanın son təxribatları regionda sülh və sabitliyə təhlükə yaradır. Azərbaycan açıq şəkildə bildirir ki, istənilən hərbi təxribata qətiyyətlə cavab verəcək. Ermənistanın təcavüzkar hərəkətləri və təhdidləri regionda gərginliyi artırır və diplomatik həll yollarına mane olur.
Ermənilər Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsini və “Dəmir yumruğunu” unutmamalıdırlar.
Regionda sülhün və sabitliyin təmin edilməsi üçün Ermənistanın bu faktı görüb konstruktiv hərəkət etməsi vacibdir. Tarix göstərir ki, qələbə təkcə döyüş meydanında deyil, həm də sülh quruculuğu prosesində qazanılır. Azərbaycanın qələbəsi regionda sülh və sabitliyin təməl daşlarından biridir və bütün tərəflər bunu qəbul etməli və hörmət etməlidir!
Gələcək Naminə İctimai Birliyinin İdarə Heyətinin Sədri Tural İsaqov