
"Sözügedən körpüyə mütəxəssislərin iştirakı ilə baxış keçirilib".
Bu barədə sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.
O bildirib ki, sel suları İsmayıllı rayonu Gəndov kəndində yolun bir hissəsini yuyub:
"Artıq yaranmış problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb".