Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanın AzTV-yə müsahibəsi bu gün efirə veriləcək.

Bu barədə bir müddət öncə telekanalın sosial media hesabında bildirilmişdi.

Anonsda yer alan Dövlət Təhlükəsizliyi Xidmətinin Xankəndidəki antiterror əməliyyatından kadrlar da martın 28-də efirə gedəcək sənədli filmdə yer alacaq.

Arayik Arutyunyanın Azərbaycan Dövlət Televiziyasına müsahibəsi Ermənistanda ciddi narahatlıq doğurub.

Erməni siyasilər isə hesab edir ki, Arayik Arutyunyan bir çox məxfi məsələləri açmaqla Ermənistanda təlatüm yarada bilər.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də