
“Qarabağ” sabah ölkə çempionluğunu təmin edə bilər.
28-ci turda Ağdam təmsilçisi “Kəpəz”lə qarşılaşacaq. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək.
“Qarabağ”ın ən yaxın izləyiciləri “Sabah” və “Neftçi” qələbə qazansa belə, “köhlən atlar” çempion olacaq. Çünki sona 8 tur qalmış aradakı xal fərqi 26 olacaq. Rəqiblərin isə mövsümün sonuna qədər bu fərqi aradan qaldırması mümkün deyil.
Ağdamlılar bununla da tarixində 11-ci dəfə Azərbaycan çempionu adını qazanacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Kəpəz” – “Qarabağ” matçı martın 29-u, saat 19:00-da başlanacaq.