Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Azərbaycanda nazirlikdə yüksək vəzifəyə TƏYİNAT-FOTO

Təhsil Nazirliyində yeni kadr təyinatı olub.
RegionTV.info xəbər verir ki, Nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinə yeni müdir təyin edilib.
Təhsil nazirinin müvafiq əmri ilə bu vəzifə Nicat Məmmədliyə həvalə olunub.
N.Məmmədli bu vəzifəyə qədər Nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub. Hazırda həmin şöbəyə rəhbərliyi Tural Əhmədov edir.
Qeyd edək ki, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin keçmiş müdiri Yaqub Piriyev idi. O eyni zamanda Nazirlikdə Aparat rəhbərliyinin müavini vəzifəsini icra edir.
Azərbaycanda nazirlikdə yüksək vəzifəyə TƏYİNAT-FOTO

Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də