Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
Qeyd edək ki, Kifayət Gəncəli (Məmmədova) 1937-ci ildə Gəncədə anadan olub. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. Onların arasında "Leylam", "Elə bağlıyam", "Tələbəlik illəri", "Xatırla məni" və digər ifalar var. O, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.