Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Bayden seçkiləri uduzmaqdan qorxur - KİV

Bayden seçkiləri uduzmaqdan qorxur - KİV

ABŞ Prezidenti Cozef Bayden 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində məğlubiyyətdən ehtiyatlanır və məsləhət almaq üçün Ağ evin sabiq rəhbəri Barak Obamaya zəng edir.

 Prezident seçkiləri yaxınlaşdıqca Cozef Bayden mütəmadi olaraq Barak Obama ilə əlaqə saxlayaraq seçki kampaniyası barədə onunla məsləhətləşir.

 ABŞ dövlət başçısının köməkçilərindən birinin sözlərinə görə, Barak Obama Cozef Baydenin uduzmasından “həmişə narahat olub” və bu səbəbdən onu dəstəkləməyə hazır olduğunu bildirib. Birləşmiş Ştatların hazırkı lideri hələ 2016-cı il seçkilərində Donald Trampa rəqib olmaq istəmədiyi üçün yerini Ağ Evin daha güclü namizəd hesab etdiyi Hillari Klintona vermişdi.

 Donald Tramp Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd olmaq üçün artıq lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən Cozef Bayden isə bunun üçün Demokratlar partiyasında kifayət qədər dəstəyə malikdir.

Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də