
Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Larsa gedən yolda 3 günlük məhdudiyyətlərdən sonra gecə saatlarında ağır yük maşınlarının hərəkəti bərpa edilib.
Bu barədə "Sputnik Georgia" məlumat yayıb.
Mleta-Qudauri hissəsində nəqliyyat maneəsiz, Qudauri-Kobi hissəsində yalnız uçqunlara davamlı tunellər vasitəsilə həyata keçirilir.
Qoşqulu və yarımqoşqulu, habelə tutumu çox olan avtomobillərin tuneldən birtərəfli keçməsinə icazə verilir.