Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

İŞİD Putini yeni terrorla hədələdi: daha bir qətliam gözləyin!

İŞİD Putini yeni terrorla hədələdi: daha bir qətliam gözləyin!

Martın 22-də Moskva yaxınlığındakı Krasnoqorskda yerləşən “Crocus City Hall”da törədilən terror aktı Rusiya vətəndaşlarını şoka düşüb. 139 nəfərin ölümünə, 152 nəfərin yaralanmasına səbəb olan bu hadisəni tərədən 4 şübhəli saxlanılıb. Şübhəlilərin görünüşünü əks etditən virdeokadrar onlara “işgəncə” verildiyi iddialarını gündəmə gətirib.

 Türkiyənin “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, saxlanılanlarla bağlı görüntülərdən sonra “Crocus City Hall”dakı hadisəni öz üzərinə götürmüş İŞİD terror təşkilatı Rusiya prezidenti Vladimir Putini hədələyib.

Təhdid mesajında ​​“Bəli! Çox ağır, ölümcül, qanlı, yandırıcı və sarsıdıcı zərbələr olacaq. İnşallah, bir qətliam gözləyirik. Çox tezliklə!" ifadə edilib.

Amerikanın “Newsweek” nəşri bu mesajı oxucularına “İŞİD-dən Putinə yeni təhdid” başlığı ilə təqdim edib.

İngiltərənin “Daily Mail” qəzeti məlumatı “İŞİD Putini və rusları qətl etməklə hədələyir” başlığı ilə yayıb.

Başqa bir ingilis qəzeti “Daily Star” isə "İŞİD Putinə "qırğın gözləyin!" söylədi" yazıb.

Böyük Britaniyanın “Mirror” nəşri bildirib ki, “İŞİD Putini “qanlı intiqam” almaqla hədələdi”.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"da “Piknik" qrupunun palanlaşdırılan konsertindən əvvəl atışma və yanğın baş verib. Bir neçə kamuflyajlı və maskasız şəxs zala daxil olub, onlar insanları güllələyiblər.

Rusiya İstintaq Komitəsinin son məlumatına görə, “Crocus City Hall”da törədilən terror aktı nəticəsində 139 nəfər ölüb, 152 nəfər xəsarət alıb.

Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, terror aktını törədən 4 nəfərin hamısı tapılaraq saxlanılıb – onlar qaçmağa cəhd ediblər. Rusiya Daxili İşlər Nazirliyi saxlanılanların əcnəbilər olduğunu bildirib. Prezident qeyd edib ki, ümumilikdə 11 nəfər saxlanılıb, təhlükəsizlik qüvvələri terrorçuların bütün bazasının üzə çıxarılması üzərində işləyir.

Rusiya prezidenti Vladimir Putin terrorçuların Ukrayna istiqamətinə qaçmağa çalışdıqlarını iddia edib. O, hətta "Kiyev rejiminin Rusiyaya hücumların bir hissəsi” olduğunu deyib. Bu iddia Ukrayna lideri Vladimir Zelenskini hiddətləndirib. O, Putini iftira atmaqda suçlayıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də