Suriyanın Deyr-əz-Zor əyalətinə hava zərbələri endirilib.
Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Zərbə bir neçə nəfərin ölümünə səbəb olub. Ölən və yaralananların dəqiq sayı məlum deyil.
“Al Mayadeen” hücumun ABŞ hərbçiləri tərəfindən həyata keçirildiyini iddia edib. Telekanalın məlumatına görə, əl-Bukamal şəhərindəki əs-Salihiyyə bölgəsi, əl-Məyadindəki yaşayış məntəqələri və Deyr əz-Zordakı əl-Qusur bölgəsi zərər görüb.