
ABŞ Rusiyanın "Atomize" blokçeyn platformasına qarşı sanksiyalar tətbiq edib.
Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
ABŞ, həmçinin iki Rusiya vətəndaşını - Timur Bukanov və İqor Kaqorodovu, eləcə də 20-yə yaxın hüquqi şəxsi sanksiyalar siyahısına əlavə edib .
Sanksiya siyahısında iki Çin vətəndaşı və Kipr, Birləşmiş Ərəb Əmirlikləri və Estoniyada yerləşən dörd xarici şirkət var.