Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən park baxımsız vəziyyətdə qalıb.
Referans.az xəbər verir ki, bununla bağlı qəsəbə sakinləri narazılıqlarını bildirib.
"Şəhərin mərkəzindən kənarda sanki insanlardan gizlədilən mənzərəli bir yer var. Bakıxanov parkı kimi tanınan bu ərazi hazırda qapalıdır. Amma onu abadlaşdırıb istifadəyə versələr, ətrafda yaşayan əhali istirahət üçün şəhərin mərkəzinə yox, bu möhtəşəm meşə-parka axın edərdi",- deyə sakinlərdən biri qeyd edib.
1986-cı ildə salınan parkın hazırda baxımsız qaldığı, bir çox ağacın quruduğu və ya kəsildiyi, ərazinin bəzi hissəsində kafe-restoran, bəzi hissəsində isə fərdi yaşayış evlərinin inşa edildiyi deyilir.
Xəbəri paylaş