Region internet televiziyası!
Son Xəbərlər
TR
RU
EN

Şəklini terrorçuların sırasında görən tacik özü POLİSƏ GETDİ 

seklini-terrorcularin-sirasinda-goren-tacik-ozu-polise-getdinbsp-1711190176

Dünənki terror hadisəsində şübhəli şəxs qismində tanınanlardan birinin aksiyada iştirak etmədiyi üzə çıxıb.

Həmin şəxsin adı Rüstəm Nəzərovdur. O, bütün günü ailəsi ilə Samarada evdə olub.

29 yaşlı Rüstəmin bacısı Pərvinə deyib ki, qardaşı əvvəlcə onunla və valideynləri ilə nahar edib, sonra onu evə aparıb. Səhər saatlarında fotosunu terrorçuların siyahısında görən Rüstəm özü polisə gedib. Onun ifadə verdiyi bildirilir.

Rusiya mətbuatının xəbərinə əsasən, terrorçuların hadisə yerinə gəldiyi "Renault" əvvəllər Rüstəmin adına qeydiyyatda olub, lakin qonşuların dediyinə görə, o, maşınını iki il əvvəl satıb.


Xəbəri paylaş
Digər maraqlı xəbərləri buradan izləyin
Facebook-da
Twitter-də
Teleqram-da
YouTube-də