
Moskva yaxınlığında, Krasnoqorskda “Crocus City Hall”da 60-dan çox insanın həlak olduğu terror aktından sonra hüquq-mühafizə orqanları Moskvanın mərkəzində Qızıl Meydanı tamamilə əhatəyə alıb.
Meydana bütün girişlər bağlanıb, polis əməkdaşları və çevik qüvvələr növbə çəkir.
Qeyd edək ki, martın 22-də törədilən terror aktı zamanı 60-dan çox insan ölüb, qurbanların sayının artacağı istisna edilmir. Eyni zamanda, 115 zərərçəkən xəstəxanaya yerləşdirilib, 30-dan çox insan isə ambulator yardıma müraciət edib. Moskvada yaxın iki gün ərzində bütün kütləvi tədbirlər ləğv edilib.