Bu barədə o, özünün "X" hesabında danışıb.
O, hazırda kimyaterapiya keçdiyini açıqlayıb.
“Əməliyyat uğurlu keçdi, lakin bundan sonra aparılan analizlər xərçəngin olduğunu göstərdi. Buna görə də həkimlərim mənə profilaktik kimyaterapiya kursu keçməyi məsləhət gördülər və indi müalicənin ilkin mərhələsindəyəm”, – şahzadə bildirib.
Uels şahzadəsi özünü yaxşı hiss etdiyini və gündən-günə sağaldığını vurğulayıb.
Kensinqton Sarayı yanvarın 17-də Middltonun qarın nahiyəsindən əməliyyat olunduğunu bildirib.
Cərrahi əməliyyatın səbəbləri qeyd edilməyib, Uels şahzadəsinin şəxsi tibbi məlumatlarının məxfi qalmasını istədiyi vurğulanıb.