
Bakıda ilk dəfə təşkil olunan “FIFA series – Edition 2024” layihəsi çərçivəsində martın 22-də bəzi matçlar keçirilib.
Futbol üzrə Azərbaycan millisi Tofiq Bəhramov adına Respublika Stadionunda Monqolustanı 1:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Matçda yeganə qolu 90+1-ci dəqiqədə Bəhlul Mustafazadə vurub.
Digər oyunda isə Bolqarıstan Tanzaniyanı 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Arif Əsədovun başçılıq etdiyi komanda növbəti oyununu martın 25-də Bolqarıstan seçməsinə qarşı keçirəcək.