Moskvada Ağalarov ailəsinə məxsus “Krokus Siti Holl” ticarət mərkəzi tikilən gündən qısqanclıqla qarşılanmışdı. Çünki təkcə buranın konsert zalı 7,2 min tamaşaçını, Kreml sarayı isə 5,5 min tamaşaçını yerləşdirə bilir. 15 min nəfərlik “VTB-Arena”, “Otkrıtaya Arena” meydançasında 12 min nəfərlik yeri olan konsert zalı və Avtozavodskda 15 min nəfərlik “Vse zvezdı” adlı zallar ideyası məhz Ağalarov biznesinə qarşı yaradılmışdı. Hətta bütün Rusiyada söz sahibi olan Hikmət Sabirabadlı da bu şirkətin əsas ofisi qarşısında qətlə yetirilmişdi və hüquq-mühafizə orqanları cinayəti indiyə qədər açmamaqla göstərirlər ki, onların bir azərbaycanlının belə böyük biznesinə dözmək fikirləri yoxdur. Təkcə buranın zalı illik ən azı 35 milyon dollar gəlir gətirir, 70 milyon dollar sərmayə cəmi iki ilə geri qayıtdı.
Regiontv.info xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib.
“Şəxsi fikrimə görə, bu teraktda xarici təsir yoxdur. Məncə, bu, digər biznes qruplarının Ukrayna müharibəsindən istifadə edib Ağalarov biznesinə zərbə vurmasıdır. Xüsusilə Ara Abramyanın Ağalarova zərbə vurmaq niyyəti çoxdan var idi. Hesab edirəm, düzgün araşdırma aparılsa, burada Rusiya kəşfiyyatının özünün əli olması sübut edilə bilər və ehtimalla erməni terror qruplarından istifadə edilib. Ola bilsin, Şərqdən də xüsusi adamlar bu terakta cəlb edilib.
Kadrlara baxdım, peşəkar qrup işinə oxşayır və eyni zamanda bəzi kadrlardan onların səsi var, ciddi ləhcə hiss edilir”, - o bildirib.
Alim vurğulayıb ki, Rusiya FSB-sinin bura qədər gələn tam silahlı dəstəni izləyə bilməməsi də qəribədir:
“Bir müddət əvvəl Qudkov və Kasparov silahlı üsyana başlamaq barədə çağırış da etmişdilər. İkisi də Ermənistanın açıq qoruyucuları olan şəxslərdir.
Hesab edirəm ki, bir azərbaycanlıya olan terrordur bu və eyni zamanda bizim dövlətə hansısa mesajı vermək istəyirlər. Həmçinin qeyd edim ki, dünən və bu gün yüzlərlə azərbaycanlı Novruz bayramı ilə bağlı “Krakus”da tədbirlərdə iştirak etmək üçün gedib.//axar.az